Skip to content Skip to footer

Parket necə döşənməli?

Parketin vurulma prosesi kifayət qədər çətin və məsuliyyətli işdir. Onun icra keyfiyyəti yalnız parket vuran şəxsin ustalığından, bütün lazımi alət və materiallara malik olması kimi amillərdən deyil, həm də hansı üsulla döşənməsindən asılıdır. Parket əsasən aşağıdakı üsullarla vurulur.

1-ci üsul birbaşa beton üzərinə

2-ci üsul faner təbəqə üzərinə

3-cü üsul tirlər üzərinə faner vuraraq

4-cü üsul isti döşəmə üzərinə vuraraq

Bu yazımızda sizə ən çox istifadə olunan  tirlər üzərinə faner vuraraq parket döşəmə üsulunu izah edəcəyik.

Parket döşənməzdən əvvəl ilk növbədə vurulacaq zəminin quruluğunu yoxlamaq lazımdır. Zəmin qatı hamarlaşdırmaq üçün şap atılıbsa, quruduqdan sonra rütubət dərəcəsi ölçülməlidir. Zəmin betonun rütubət dərəcəsi 3%-dən çox olmamalıdır. Eyni zamanda divara çəkilmış suvağın da quruluğu diqqətdən kənarda qalmamalıdır. Çünki quru taxta materialları (quruluq dərəcəsi  10-12 % aşağı olmamalıdır.) hidroskopik olduğundan rütubətli mühitdə işlədildikdə nəm çəkə və sonrakı dövrlərdə fəsadlara yol aça bilər.

Zəminin quruluğundan tam əmin olduqdan sonra işə başlanıla bilər. İlk növbədə parket vurulacaq sahə ölçülür və bu sahəyə işlənəcək faner sayı müəyyənləşdirilir. Döşəməyə vurulacaq fanerin qalınlığı 12 mm-dən az olmamalıdır. Bu ölçüdə fanerə istifadə ediləcək tirlər (laqa) arası məsafə 25,4 sm olmaqla hər faner üçün 9,2 metr tir (laqa) hesablanır. 15 mm-lik faner işlədilərsə, tir sayını 1 ədəd azaltmaq imkanı vardır.

Zəmin qat təmizləndikdən sonra tirlər düzülür, döşəmənin səviyyəsi təyin olunur. Səviyyə ölçülərkən taxta yastıqlardan istifadə olunur (qabaq-qarşı cüylər). Taxta yastıqları beton səthə PVA  tərkibli və ya poliuretan tərkibli PUR yapışdırıcısı ilə yapışdırılır. Tarazlanmış tirlər vint vasitəsi ilə zəmin qata bərkidilir. Zəmin qatın əyriliyindən asılı olaraq vintlər 80,100,120 mm uzunluqda  və 6 mm diametrdə ola bilər.Vintlərin tam boy yivli olması vacib deyil, yarım boy yivlər daha münasibdir.

Tirlər vurulduqdan sonra araları  talaşa və zibillərdən təmizlənir. Seçilmiş fanerlər tirlərə bərkidilir. Fanerlər və tirlərə vurulmazdan əvvəl Mobitex taxta qoruyucu çəkmək məsləhət görülür. Faner kif, göbələk və taxta qurdlarından qorunmuş olur. Fanerlər vurularkən divardan 8-10 mm aralı bərkidilməlidir.

Sürüşmənin olmaması üçün boşluqlara taxta və ya plastik yastıqlar yerləşdirilir. Bərkitmə işlərində 5x50mm, 5x60mm-lik vintlərin istifadəsi məsləhət görülür. Fanerlə tirlər arasında boşluğun qalmaması üçün 5,5 mm-lik uclu burğu ilə deşiklər açırıq. Nəticədə vintlər fanerdən maneəsiz keçir və arada boşluqlar qalmır. Boşluqlar döşəmədə xoşagəlməz səslər yaradır.

İsti döşəmə üzərinə parket vurarkən vacib məqamlara diqqət etməliyik. İsti döşəmə üzərinə parket vurarkən paylanılacaq temperatur 28°-dən artıq olmamalıdır və nəzərdə tutulan betonun qalınlığı 5 sm olmalıdır. İsti döşəmə altından gedən xətlərin üzərində tənzimləyici qurğular olmalıdır. Parket döşənmədən öncə betonun nəmliyi yoxlanılmalıdır. Betonun nəmliyi isə 2°-dən artıq olmamalıdır. Digər halda isə sonrakı dövrlərdə fəsadlara yol aça bilər. Son mərhələdə selan tərkibli kleylərdən istifadə olunmalıdır.

Mənbə: https://shenfloors.com/az/gallery/

Parket döşənərkən bunları etməyin

Faner vurulduqdan sonra kirlənməsin deyə üstünü örtənlər və ya bu işi ən sona saxlayanlar olur. Bu düzgün deyil. Faner hazırlanarkən fenol-formaldehid qatran tərkibli turşulardan istifadə edilir ki, bu da istilik nəticəsində  sonradan üst qata çıxır. Nəticədə parketin fanerə yapışma prosesinə mənfi təsir göstərir. Kirlənmış faneri cilalamaq lazım oluduğundan cilalanmış səthin yapışma potensialı artır. Tutqalın tutma dərəcəsi yüksəlir.

Artıq bizim zəmin parket döşəmək üçün hazırdır. Parket seçimi və parketin düzülmə qaydası təyin edildikdən sonra işə başlaya bilərik. Parketin işığa doğru döşənməsi məsləhətdir.

Parketləri laklı və laksız iki qrupa bölmək olar. Laklı parket adətən təmir tam başa çatdıqdan sonra döşənir. Bu cür parketlərin bəzən alt hissəsi də laklı olur. Bu zaman bir və ya iki komponentli üzvü tərkibli yapışqanlardan istifadə edilir. Belə yapışqanlarla parketi birbaşa betona da yapışdırmaq olar. Altı laklı olmayan parketlər PVA tərkibli yapışdırıcılarla döşənir.

Çata başla
Sizə necə yardımçı ola bilərik?
Salam. Sualınızı yazın, cavablandıraq.