Mühəndis lövhəsi parketlər müasir dövrdə ən çox istifadə olunan praktik parket növüdür. Bu növ parketlər universal olmağı ilə yanaşı həmçinin daha uzunömürlüdürlər. Universal olmağı səbəbindən bu parketlərin birbaşa beton səthə , isti pola və fanera döşəmə üzərindən tətbiq etmək olur. Mühəndis parket lövhələri 2 hissədən ibarətdirlər. Alt hissə fanera, üst hissə təbii ağac növlərindən seçilir. Üst hissənin daha qalın olması, gələcəkdə onun cilalanma sayının daha da artmasına imkan verir. Unikal texnologiya ilə hazırlanmış mühəndis lövhələri həmçinin səs izolyasiyasını artırır. Mağazamızda olan mühəndis lövhələrinin ekoloji cəhətdən təmiz olduğunu əks etdirən bütün sertifikatlar mövcuddur.
Massiv parket tək hissəli ağac materialından hazırlanmış ilk parket növüdür. Massiv parketin bütov ağac materialından olması onun ağacın bəzi xarakteristikasını özündə daşımasına səbəb olur. Ağacın nəfəsalma xüsusiyyəti həmçinin temperatur dəyişiklikləri zamanı yığılıb açılması müəyyən zaman keçdikdən sonra döşəmədə müəyyən səviyyədə deformasiya problemləri yarada bilər. Həmçinin nəmişlik, rütubət dəyişiklikləridə deformasiya probleminin daha da genişlənməsinə səbəb yaradır.


Parket seçimi edərkən onun rənginə, modelinə və keyfiyyətinə diqqət edilməlidir. İstəklərinizin qarşılığını 2 qatlı mühəndis lövhələrində tapa bilərsiniz. Həm moderin dizaynlı rənglər, həm də keyfiyyətli materiallardan hazırlanan mühəndis lövhələri iki əsas təbəqədən ibarət olur. Qalınlığı 4 mm ilə 6 mm aralığında olan ağac hissə və nəmə, rütubətə və isti döşəməyə davamlı faneradan ibarət olan alt hissə. Parketlərin ən çox yayılmış qalınlıqları isə 15 mm-dir.
Parket məhsulları içərisində təbii taxta tərkibli və 3 qatlı parket lövhələri də mövcuddur. 3 qatlı parket lövhələri bir birinə yapışdırılmış 3 təbəqədən ibarətdir. 2-3 mm qalınlığında üst təbəqədə olan ağac hissə, üst təbəqəyə perpendikulyar yerləşdirilən küknar və ya şam ağacı çubuqlarından presslənərək yaradılmış orta təbəqə, 2-3 mm qalınlığında fanera və ya ağac kəsiyindən hazırlanmış alt təbəqə.
Əgər 2 qatlı mühəndis lövhəsi və 3 qatlı parket lövhəsini müqayisə etsək bu nəticəyə gələ bilərik: Evinizdə isti döşəmədən istifadə edəcəksinizsə daha sıx struktura malik mühəndis lövhəsi istilik keçiriciliyinə və isti döşəmədə istifadəsinə görə daha ideal variant sayılır və daha praktikdir.
Taxta tərkibli məhsulların və 3 qatlı mühəndis lövhələrinin isti döşəmə üzərində istifadə edilməsi məqsədə uyğun deyil. Bunun səbəbi isti döşəmə üzərində taxta tərkibli məhsulların yüksək temperatur nəticəsində yığılması və genişlənməsi prosesinin baş verməsidir. 2 qatlı mühəndis lövhələrini isə isti döşəmədə üzərində istifadə edərkən 28° – dən artıq istilik verilməsi məqsədəuyğun deyil. Taxta tərkibli məhsulların və 3 qatlı mühəndis lövhələri fanera üzərində döşəmə örtüyü kimi istifadə edilə bilər.
2 qatlı mühəndis lövhəsinin kilit hissələri 3 qatlı parket lövhəsinin kilit hissəsinə nisbətdə daha dözümlü və etibarlı sayılır. Mühəndis lövhəsinin istismar müddəti parket lövhəsinə nisbətən daha uzundur, bunun səbəbi isə 2 qatlı mühəndis lövhələrinin istehsalında daha keyfiyyətli və qiymətli materiallardan istifadə olunmağıdır.