Skip to content Skip to footer

Düz model

Paluba (Göyərtə) – Parketin ən sadə və klassik düzülüş növüdür. Bu formada olan düzülüşlər etibarlı və praktikdir. Bu düzülüşün adi və diaqonal formaları var.

Adi göyərtə

  • Parketin belə düzülməsinin köməyi ilə Siz vizual olaraq otağın ölçülərini korreksiya edə bilərsiniz: plankaları girişlə divara perpendikulyar şəkildə düzməklə  siz sahəni uzadırsınız, paralel isə azaldırsınız.
  • Klassik düzxətli göyərtə istənilən üslubda interyer üçün uyğundur.
  • Bu ən qənaətli üsuldur, o minimum material ehtiyatı tələb edir.

Diaqonal göyərtə

  • Diqqəti interyerin vacib detallarına cəmləmək üçün diaqonal göyərtə düzülmə üsulunu istifadə etməyi tövsiyə edirik – taxtaları 45 ° bucaq altında düzün.
  • Belə düzmə zamanı material sərfiyyatı adi göyərtə ilə müqayisədə 5 – 7 % artır.
  • Daha bir diaqonal göyərtə — ensiz dəhlizi və ya  kvadrat otağı vizual olaraq genişləndirmək üçün ideal üsuldur

Çata başla
Sizə necə yardımçı ola bilərik?
Salam. Sualınızı yazın, cavablandıraq.