
Shenfloors LTD haqqında
Parket home mağazası Ukraynanın Shen loors LTD zavodunun rəsmi distributorudur.
Shenfloors zavodu artıq 20 ildən çoxdur ki, bu sahə üzrə ixtisaslaşmışdır. Şirkət MDB ölkələri ilə yanaşı, bir çox Avropa ölkələrinə də, yüksək keyfiyyətli parket ixrac edir. Hal-hazırda zavodda istehsalın böyük hissəsini mühəndis lövhələri təşkil edir. 2018-ci ildən zavod parket döşəmələrinin dayanıqlığını daha da artırmaq üçün İtaliya istehsalı olan avadanlıq vasitəsilə parket döşəməsinin üzərinə xüsusi texnologiya ilə 9 qat lak vurulmasını təmin edir. Bu isə parket döşəmələrinizi zərbəyə və cızıqlara qarşı daha da dözümlü edir. Parket döşəmələrinin üzərində istifadə olunan boya və lak məhşur Amerika brendi “Sherwin Williams”-a aiddir.
Sherwin Williams brendi

Sherwin Williams şirkəti 1866-cı ildə Henry Sherwin və Edward Williams tərəfindən ABŞ-da (Ohio, Klivlend) qurulmuşdur.
156 ildən çoxdur ki, fəaliyyət göstərən şirkət ABŞ-ın 500 ən böyük şirkətlərindən biri olmaqla yanaşı, həmçinin bir dünya brendinə çevrilmişdir. Brendin ekoloji təmiz olan boya və lakları ultra bənövşəyi şüalara qarşı üstün müqaviməti, müstəsna rəng saxlama qabiliyyəti və kimyəvi deqradasiyaya qarşı davamlığını illərdir əyani şəkildə sübut etmişdir. Beləliklə, Sherwin Williams etibar edə biləcəyiniz qlobal bir markadır. Shenfloors şirkəti uzun illərdir parket döşəmələrinin istehsalında bu brendin boya və laklarından istifadə edir. Məhz bu səbəbdən parket döşəmələriniz öz keyfiyyəti və ecazkar görünüşü ilə evinizdə xoş aura yaradacaq.